Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında “Rəqs xalqın ruhudur” adlı dünya xalq rəqslərindən ibarət konsert proqramı təqdim edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, konsert proqramında hind, özbək, Pakistan, əfqan, qazax, fars, Çin, ispan, gürcü, tacik, eləcə də Azərbaycanın milli rəqsləri nümayiş olunub.
Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş ediblər.
Qeyd edək ki, səhnə əsərlərinin quruluşçu xoreoqrafı Vüsalə Babayeva olub.