“Kardiak MRT hansı xəsətələrə istifadə edilməməlidir?

14 İyun 2022 13:21 (UTC+04:00)

Çəkiliş ağır klostrofobiyası olan, yəni qapalı məkan qorxusu olan və cihaza girməyi qəbul etməyən xəstələrdə tətbiq edilmir. SİA xəbər verir ki, bundan əlavə, böyrək çatışmazlığı olan xəstələrin qan analizlərində karbamid və kreatinin dəyərləri müəyyən bir səviyyədən yuxarı olarsa, bu xəstələr əvvəlcədən həkimlər tərəfindən qiymətləndirilməlidir. Ümumi MRT qaydaları kardiak MRT-sinə də aiddir.

Əgər xəstənin bədəninin hər hansı bir yerində metal protez varsa çəkiliş tövsiyə edilmir. Əgər metal protez varsa kardiostimulyatorları və ya metal qapaqları MRT çəkilişlərinə uyğun olmalıdır. Prosedur barədə qərar verməzdən əvvəl xəstədən bədəninin hər hansı digər hissəsində protez qapağı, kardiostimulyatorları və ya metal protez olub-olmadığını soruşmaq lazımdır. Bundan əlavə, pirsinq kimi metallar çıxarılmalıdır.

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin yüksəkixtissalı radioloqları tərəfindən Kardiak MRT Philips şirkətinə məxsus İngenia Elition X 3.0 Tesla gücündə yeni Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazında həyata keçirilir. MR koilləri ilə zəngin olan yeni MRT cihazı insan orqanizminin bütün orqan və toxumalarının müayinə etməyə və xəstəliklərin dəqiq diaqnostikanın aparılmasına imkan verir. İngenia Elition X 3.0T MRT cihazı vasitəsilə baş və onurğa beyin, ürək damar sistemi, qarın boşluğu orqanları, dayaq-hərəkət sistemi orqanları, süd vəzisi və bütün növ pediatrik müayinələr aparılır.

Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinə (012 404 08 08) nömrəsinə zəng vuraraq ətraflı məlumat almaq və müayinə üçün qeydiyyatdan keçmək mümkündür.