Tarixdə ən uzun hökmranlıq edən ikinci monarx

13 İyun 2022 22:03 (UTC+04:00)

İngiltərə kraliçası II Yelizaveta 70 il 127 günlə tarixdə ən uzun hökmranlıq edən ikinci monarxdır.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu günə olan məlumata görə, Britaniya kraliçası 2016-cı ildə vəfat edən Tayland kralı Bhumibol Adulyadeji keçərək 4 yaşında kral olmuş fransız 14-cü Lüdvikdən sonra ən çox yaşayan hökmdardır.

Keçən həftə İngiltərədə 96 yaşlı kraliçanın "Platinum ildönümü” mərasimləri 4 gün davam etdi.

Fevralın 6-da rəsmi olaraq 70 yaşı tamam olan II Yelizaveta 2024-cü ilin mayında taxta çıxsa, ən çox hökm sürən müasir monarx kimi tarixə düşüb.

Qeyd edək ki, II Yelizaveta 25 yaşında atasının ölümündən sonra taxta çıxıb.