Hakimiyyətin imitasiyası və spekulyasiyası vəziyyəti gərginləşdirir
Ötən həftə və eləcə də uzun müddətdən sonra Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının rəhbərliyi müxalifətin fəallaşmasına münasibətini bildirdi. Baş nazir Nikol Paşinyanın ən yaxın silahdaşlarından biri, xarici işlər naziri Ararat Mirzoyan millətçilərin 10 noyabr üçtərəfli bəyanatın dondurulması tələblərini dolayısı ilə axmaqlıq və ya səfehlik adlandırıb. Ancaq erməni hökumətinin gah bu, gah da tamamilə əks şəkildə bəyanatlar səsləndirməsi açıq-aşkar imitasiya, yaxud spekulyasiya cəhdlərini daha çox qabardır.
Mirzoyanın sözlərini təsdiqləyən cavab da məhz saibqlərin birindən - keçmiş müdafiə nazirinin müavini Artak Zakaryanın dilindən çıxıb
Lakin qayıdaq Mirzoyanın fikirlərinə və ona verilən cavablardan birinə. Beləliklə, millətçi və revanşistlərin bir çox üzvləri Ermənistan XİN rəhbərinə cavab vermək istəyiblər, lakin Mirzoyanın sözlərini təsdiqləyən cavab da məhz saibqlərin birindən - keçmiş müdafiə nazirinin müavini Artak Zakaryanın dilindən çıxıb. Zakaryan deyib ki, Ermənistanda siyasi rejimin dəyişdirilməsi sülh prosesinin sürətləndirilməsinə kömək etməyəcək, əksinə müharibə ritorikasını daha çox üzə çıxaracaq. Yəni sözügedən bəyanata əməl olunmazsa Ermənistanın işi necə deyərlər, “fırıq” olacaq. Zakaryan bugünkü Ermənistanda real siyasətin kimlər tərəfindən formalaşdırılması kimlər tərəfindən isə imitasiya olunması ilə bağlı məsələlərin suallar doğurduğunu deyib.
Əldə edilmiş razılaşmaların qəsdən yerinə yetirilməməsi və ya gecikdirilməsi isə məhz bu təzahürlərin qaldığını göstərir
Ancaq erməni siyasi ictimaiyyəti bu barədə suallar verəmkdənsə yaxşı olardı ki, əsl gerçəkliyi qəbul etsinlər. Məsələ ondadır ki, 44 günlük müharibədən sonra münaqişə təzahürlərinin aradan qaldırılması istiqamətindəki uzunmüddətli danışıqlar prosesi Ermənistanda yürüdülən yanlış siyasətinin üzərindir. Əldə edilmiş razılaşmaların qəsdən yerinə yetirilməməsi və ya gecikdirilməsi isə məhz bu təzahürlərin qaldığını göstərir.
O da bəllidir ki, 20 ildən artıqdır Ermənistanda heç kim BMT-nin Azərbaycan ərazisinin işğalını pisləyən qətnamələrini ciddi qəbul etməyib. Sadə dillə desək, Ermənistan üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə yerinə yetirməyi bundan sonra da uzadacaqsa məsuliyyəti də onun üzərində qalacaq.
Bu, həm də Ermənistanın strateji müttəfiqi olan Rusiyanın nüfuzuna təhqir kimi olacaq
Bu gün həm Paşinyan rejimi, həm də revanşistlər eyni nöqtəyə zərbə vururlar – Paşinyan iqtidarı sülh müqaviləsinin imzalanması prosesini uzadır, millətçilər isə sözün əsl mənasında ölkəni yeni müharibəyə doğru sürükləyirlər. Əgər Paşinyan müxalifətin tələbləri qarşısında aciz qalacaqsa, sülh şərtlərindən imtina edəcəksə və ya spekulyasiya etmək cəhdlərini davam etdirəcəksə bu yalnız İrəvanın nüfuzuna zərbə vurmayacaq, həm də Ermənistanın strateji müttəfiqi olan Rusiyanın nüfuzuna təhqir kimi olacaq. Bir sözlə, qisasçılıq və spekulyasiya Ermənistanı siyasi məhvə və xəritədən silinməyə tərəf sürətlə sürükləməkdədir.
Rövşən RƏSULOV