“Müəyyən parklarda şam ağaclarının quruması prosesi müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq araşdırılmalar da aparılır: “Xüsusən də eldar şamı arasında müəyyən xəstəlik yaranıb. Bu səbəbdən də, ölkəmizə Türkiyə Respublikasından mütəxəssislər dəvət olundu. Gələn mütəxəsisslər isə yekun nəticə olaraq bu ağacların saraldılmasının mümkün olmadığını, yaranan xəstəliyin isə həmin hissədən götürülərək tullandığını bildirdilər. Bu hal yalnız Bakıda deyil, eyni zamanda respublikamızın digər rayonlarında da müşahidə olunub. Lakin bu halın digər ağaclarda baş verməsinin qarşısını almaq üçün xüsusi bir dərman yoxdur. Bu səbəbdən də ağacları xəstəlikdən qutarmaq üçün başqa üsul hələ ki, yoxdur. Lakin dövlətimiz tərəfindən parklara xüsusi qiymət verilir. Cənab Prezident bir neçə gün bundan əvvəl paytaxtımızda eyni bir parkın açılışını etdi. Həmçinin parklarda ağacların suvarılmasına xüsusi diqqət yetirilir. Sadəcə olaraq bu təbii bir prosesdir və bu prosesin qarşısını almaq üçün dövlətimiz tərəfindən müəyyən tədbirlər görülür”.