"Atletika hamı üçün" tədbiri keçirilib - FOTOLAR

12 İyun 2022 14:18 (UTC+04:00)

“İdman hamı üçün” layihəsi çərçivəsində, bu gün Bakıda “Atletika hamı üçün” tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirə qoşulan 100-dən çox iştirakçı yerindən uzunluğa tullanma, tibbi topun atılması (uşaqlar 1 kq, qadınlar 2 kq, kişilər 3 kq), 30 metr məsafəyə qaçış proqramlarında öz qüvvələrini yoxlayıblar. Həmçinin uşaqlar “vorteks atışı”nda, ailələr isə estafet yarışında da özlərini sınayıblar.

Əyləncəli idman tədbirinin təşkilində məqsəd, atletika idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.