Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi iyunda Ukraynanın paytaxtı Kiyevə birgə səfər etməyi planlaşdırırlar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “BILD am Sonntag” qəzeti məlumat yayıb.
Məlumata görə, səfərin iyunun 26-28-də keçiriləcək G7 (“Böyük Yeddilik”) sammitindən əvvəl baş tutacağı gözlənilir.
Səfər zamanı Kiyevə əlavə silah tədarükü və Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu almaq üçün müraciəti müzakirə ediləcək.