İtaliyalı yazıçı Bakı ilə bağlı paylaşım edib

12 İyun 2022 00:31 (UTC+04:00)

Formula 1 üzrə Azərbaycan Qran-Prisini izləmək üçün İtaliyanın məşhur blogeri, yazıçı Andrea Dal Corso da Bakıya gəlib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, o, 803 minlik instaqram səhifəsində Bakı ilə bağlı paylaşım edib.

Bakının tarixi və turistik məkanlarında olan məşhur bloger profilinin hekayə bölməsində maraqlı və diqqətçəkən paylaşımlar edib.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi iyunun 12-də başa çatacaq.