Dünya şöhrətli 28 yaşlı kanadalı müğənni Castin Biberin üzü iflic olub.
SİA-nın əldə etdiyi məlumata görə, Castin Biber bu barədə məlumatı rәsmi ‘‘İnstagram’’ sәhifәsindә video paylaşaraq verib.
Mәlumata görә, Castin Biber "Hunter" sindromu (Herpes zoster virusunun səbəb olduğu periferik tip üz iflici) səbəbi ilə iflic olub.
Biber üzünün sağ nahiyəsində sinirlərin fəaliyyətinin dayandığını bildirib. Müğənni üzünün sağ tərəfini hərəkət etdirə bilmədiyini bildirib.
Castin Biberin bu səbəbdən konsertlərini də təxirə saldığı qeyd olunub.