“Naməlumun axtarışında...”

11 İyun 2022 03:54 (UTC+04:00)

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) UNO-ları elmi baxımdan öyrənməyi planlaşdırır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS idarənin bəyanatına istinadən xəbər verir.

“Bizim kosmosdan Yerin müşahidə alətlərinin geniş spektrinə çıxışımız var və bu, elmi tədqiqatlar üçün əsasdır. UFO -lar haqqında anlayışımızı yaxşılaşdırmağa kömək edəcək alətlərimiz və ekspertlər komandamız var”. Bu idarədən bildirilib.

İdarədən o da bildirilib ki, burada söhbət uçan nəqliyyat vasitələri kimi və ya təbiət qanunları ilə izah edilə bilməyən hava hadisələrinin müşahidəsindən gedir. Bununla belə, NASA onu da bildirib ki, hazırda belə hadisələrin yerdən kənar mənşəli olduğuna dair heç bir elmi sübut yoxdur. Qeyd edək ki, layihənin doqquz ay çəkəcəyi gözlənilir.

Xatırladaq ki, bundan əvvəl ABŞ qanunvericiləri bir neçə onillikdə ilk dəfə olaraq naməlum uçan obyektlərin müşahidəsi halları ilə bağlı açıq dinləmələr keçirmişdilər. ABŞ ordusu UFO - ların əksəriyyətinin “fiziki obyektlər” olduğunu bildirib.
Ağasəf Babayev