Birləşmiş Ştatlar “Stargazer” hipersəsli sərnişin təyyarəsini təqdim edib.
“3DNews.ru” xəbər verir ki, Venus Aerospace startapı artıq təyyarənin renderlərini dərc edib. SİA bu barədə rus saytlarına istinad edir.
Səsdən 9 qat sürətlə hərəkət edə bilən inanılmaz sürətli bir təyyarə hazırlamaq üçün artıq 33 milyon dollar topladığını elan edib. Şirkətin məlumatına görə, təyyarə 51,8 km yüksəklikdə 12 sərnişin daşıya biləcək.
“Stargazer”in sərnişinləri Tokiodan Los-Ancelesə bir saatdan az müddətdə uçura biləcəyi gözlənilir ki, bu da bugünkü kommersiya təyyarəsi üçün təxminən 11 saata bərabərdir.
“Stargazer” havaya qalxacaq və aeroportdan uzaqda raket mühərrikləri işə düşəcək. Qeyd edək ki, rəyyarənin yer sınaqları 2025-ci ildən tez olmayacaq, uçuş sınaqları isə ən azı 5 il çəkəcək.
Venus Aerospace bildirir ki, 2020-ci ildən bəri təyyarə üzərində işləyir. Yığılan 33 milyon dolların yalnız bir milyonu ABŞ hökumətinin büdcəsindən maliyyələşir.
Ağasəf Babayev