Optimizm məşq qədər ömrü uzata bilər

10 İyun 2022 21:25 (UTC+04:00)

ABŞ-da aparılan bir araşdırma, ən optimist insanların 90 yaşından sonra yaşama ehtimalının ən az nikbin olan insanlara müqayisidə 10 faiz daha çox olduğunu ortaya qoydu.

SİA-nın əldə etdiyi məlumata görə, Harvard və Boston Universitetlərindən bir qrup alim tərəfindən aparılan və 159255 qadının daxil edildiyi araşdırmanın nəticələri “Journal of the American Geriatrics Society”-də dərc olunub.

Alimlər müayinələr nəticəsində nikbinliyin insan ömrünü 5,4% faiz, yəni orta hesabla 4,4 il artırdığı qənaətinə gəliblər.

İdmanın sağlamlıq üçün vacib olduğu mövzusunda əksəriyyətin həmfikir olduğunu və müntəzəm idmanın insan ömrünü 0,4-4,2 il uzatdığını xatırladan elm adamları nikbinliyin də idman qədər faydalı olduğunu və ömrü artırdığını vurğulayıblar.