“İmtahandan xaric edilənlərə qətiyyən şans verilməyəcək”

10 İyun 2022 13:05 (UTC+04:00)

İmtahandan xaric edilənlərə qətiyyən ikinci şans verilməyəcək. SİA xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, 10-15 nəfər qayda-qanunu pozurlar və digər abituriyentlərin inamını zədələyirlər: “Onların bu il müsabiqədə iştirak etmək haqqı yoxdur”.