Gələn il üçün Dövlət İmtahan Mərkəzində 800 nəfərlik iş yeri olan yeni bina inşa olunur. Hansı ki, orada bütün sınaq imtahanları, az həcmdə olan 1000-1500 nəfərin iştirak etdiyi imtahanlar kompüterlə keçiriləcəkdir. SİA xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bölgələrdə də belə vəziyyət mövcud olduqdan sonra imtahanları kağız formatından kompüterə keçirə bilərik.
“Biz bu istiqamətdə Təhsil Nazirliyi ilə çox sıx əməkdaşlıq edirik. Həmçinin digər müvafiq nazirliklərlə də bu məsələ üzrə əməkdaşlıq edirik”, -deyə o əlavə edib.