Azərbaycanın təhsil müəssisələrində 90 ölüm halı baş verib

10 İyun 2022 11:46 (UTC+04:00)

2021-ci ildə Azərbaycanın təhsil müəssisələrində 90 ölüm halı baş verib. SİA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib.

Ölüm hallarının 57-si bakalavriat, 6-sı magistratura, 16-sı tam orta ixtisas, 11-i isə ümumi orta ixtisas bazası üzrə oxuyanlar arasında olub.