Bakı məktəblərinə 113 nəfər direktor müavini təyin edilib

10 İyun 2022 10:37 (UTC+04:00)

Ötən 9 ay müddətində Bakı məktəblərinə 113 nəfər direktor müavini təyin edilib. Bu barədə SİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Belə ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinə 2021-2022-ci tədris ilində 113 nəfər direktor müavini təyin olunub. Onlardan 84 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər isə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin olunub.