Fransa Ukraynaya əlavə silahlar verə bilər

10 İyun 2022 07:49 (UTC+04:00)

Fransa Ukraynaya yaxın həftələrdə əlavə “Caesar” özüyeriyən haubitsaları verə bilər.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə “Europe 1” kanalı məlumat yayıb.

Kanal bildirir ki, Emmanuel Makron daha 6 haubitsanın Ukraynaya verilməsini elan edə bilər. Bu silahlardan hazırda Fransa ordusunda 64 ədəddir. Veriləcək silahlar ordunun anbarından götürüləcək.