30 sm uzunluğunda dırnaqlar

10 İyun 2022 03:48 (UTC+04:00)

ABŞ-ın İndiana ştatının 59 yaşlı sakini Kordeliya Adams 30 santimetrlik təbii dırnaqların sahibi olub. Amerikalı qadın onları 32 il ərzində böyüdüb.

SİA bu barədə rus saytlarına istinad edir.

Adams dırnaqlarını uzatmağa hələ 1989-cu ildə başlayıb. O anasının uzun dırnaqlarını bəyəndiyini üçün bu yolu seşib. Onun sözlərinə görə, bir vaxtlar dırnaqlarının uzunluğu 40 santimetrə çatırdısa da, indi onları qısa saxlamağa çalışır. Amerikalı hətta qüsursuz dırnaqlar “yetişdirmək” üçün hətta manikür ustası olmağa qərar verib.

Maraqlıdır ki, izin dırnaqlar amerikalı qadın üçün problemlər də yaradır. Məsələn, qadın barmaqlarının ucu ilə heç nə edə bilmir, qab-qacaq yumur, sosial şəbəkələrdə “sürüşdürmə” ilə məşğul ola bilmir və s.

Amma dırnaqlarının gündəlik həyatda gətirdiyi çətinliklərə baxmayaraq, amerikalı onları sevir və etiraf edir ki, uzun dırnaqların ən yaxşı tərəfi onların ona çəkdiyi diqqətdir.

Nazlı Almuradova