Bərdədə qəza zamanı 1 piyada ölüb, digəri xəsarət alıb

10 İyun 2022 01:11 (UTC+04:00)

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Ədalət Şahverdiyev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə yolu keçmək isdəyən piyadalar - Rövşən Mirzəyev və Baloğlan Səfərlini vuraraq hadisə yerindən qaçıb. R. Mirzəyev yerindəcə dünyasını dəyişib, B.Səfərli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ə.Şahverdiyev polislər tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.