MİQ imtahanları üçün 15 imtahan mərkəzi ayrılacaq

9 İyun 2022 17:43 (UTC+04:00)

"İyuldan etibarən müəllimlərin sertifikasiyası ilə bağlı qeydiyyat prosesinə start veriləcək". SİA xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, imtahan üçün müəllimlərin özlərinin qeydiyyatdan keçmələrinə ehtiyac yoxdur: "Qeydiyyat Regional Təhsil İdarələri tərəfindən aparılacaq. Müəllimlərin işə qəbulu (MİQ) imtahanları üçün 15 imtahan mərkəzinin ayrılması nəzərdə tutulub. Sertifikasiyada isə bunlardan 8-i istifadə olunacaq".

O əlavə edib ki, ertifikasiya imtahanlarının avqust ayının sonunda keçirilməsi planlaşdırılır: "İmtahanlardan sonra ilin sonuna kimi müsahibələr təşkil olunacaq".