2021-2022-ci tədris ilində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 63 nəfər təhsil işçisi təltif edilib. Bu barədə SİA-ya Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, bir nəfər 3-cü dərəcəli “Əmək” ordeni, yeddi nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Paytaxt üzrə yeddi müəllim isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Həmçinin təhsil nazirinin əmri ilə 16 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 32 nəfər isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.