Bakıda bıçaqlanma

9 İyun 2022 07:11 (UTC+04:00)

Bakının Xətai rayonunda paytaxt sakini bıçaqlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Sabit Orucov küçəsində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Abıyev Yadulla Hüseynağa oğlu dava zamanı naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları araşdırır.