Baş direktor dünya ölkələrini ayıq olmağa çağırıb

9 İyun 2022 05:39 (UTC+04:00)

Dünyada pandemiyanın bitdiyini zənn etmək başa düşüləndir. Ancaq hər an yeni və daha təhlükəli variant ortaya çıxa bilər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus söyləyib.

O, dünyada COVID-19-a yoluxmanın və ölüm hallarının azalmasını bildirsə də, dünya ölkələrini ayıq-sayıq olmağa çağırıb.

Baş direktor ölkələri koronavirusun yeni, daha təhlükəli ştamının ortaya çıxa bilmə ehtimalını diqqətdə saxlamağa çağırıb.