Kolumbiya milyardlarla dollar dəyərində qiymətli əşyalarla batan San-Xose gəmisinin batan görüntülərini paylaşıb.
SİA-nın əldə etdiyi məlumata görə, Kolumbiya ordusu uzaqdan idarə olunan müşahidə cihazları ilə təxminən 950 metr dərinlikdə batan gəmini izləyib.
300 ildir su altında qalan gəmiyə heç bir insan müdaxiləsinin olmadığı açıqlanıb.
Kolumbiya Prezidenti İvan Duke mövzu ilə bağlı verdiyi açıqlamada “Texnoloji avadanlıq və Kolumbiya donanmasının işi sayəsində biz görünməmiş dəqiqliklə şəkillər çəkə bildik” deyib.
Digər tərəfdən, səlahiyyətlilər müşahidə işləri zamanı biri döyüş gəmisi, digəri isə yelkənli 2 yeni gəmi aşkarlayıb.