Rusiya MN Ukraynadakı əməliyyatları ilə bağlı bəyanat yayıb

8 İyun 2022 23:09 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, ölkəsi Ukrayna ordusuna məxsus tank və zirehli texnikanın Xarkov şəhərində təmir olunduğu zavodu havadan buraxılan yüksək dəqiqlikli raketlərlə vurublar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Konaşenkov Ukrayna müharibəsində Rusiya ordusunun hərəkətləri barədə məlumat verib.

Ukrayna ordusunun Donbasda xeyli əsgər, silah və texnika itkisi verdiyini bildirən Konaşenkov təkcə Syatoqorsk şəhərindəki qarşıdurmalarda Ukrayna millətçi qüvvələri tərəfindən 300-dən çox insanın həlak olduğunu, 6 tank, 15 zirehli maşın, 36 artilleriya batareyası və minaatan, 4 "Qrad" çoxlüləli reaktiv yaylım atəşi sistemləri və 20-dən çox şəxsi hərbi texnika məhv edilib.

Konaşenkov bəyan edib ki, Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin tank və zirehli texnikasını təmir edən zavod havadan buraxılan yüksək dəqiqlikli raketlərlə vurulub.

Donetsk, Xarkov və Xersonda müxtəlif bölgələrdə Ukraynaya məxsus 11 pilotsuz uçuş aparatını (PUA) vurduqlarını bildirən Konaşenkov raket və artilleriya birləşmələrinin 68 komanda mərkəzini, 172 artilleriya atəşi mövqeyini və 261 hərbi bölgəni atəşə tutduğunu qeyd edib.

Sözçü Konaşenkov “Müharibə başlayandan fevralın 24-dən Ukraynanın 192 təyyarəsi, 130 helikopteri, 1150 PUA, 335 hava hücumundan müdafiə raket sistemi, 3459 tank və zirehli texnikası, 489 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 1822 haubitsa və minaatan var 3 min 448 xüsusi hərbi maşın məhv edilib” ifadələrdən istifadə edilib.