Azərbaycanda külli miqdarda bakteriya aşkarlanan çimərliklər açıqlanıb

8 İyun 2022 15:23 (UTC+04:00)

Vətəndaşlar Xəzər, Sabunçu və Binəqədi rayonları ərazisindəki çimərliklərdən istifadə edə bilərlər. SİA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

Onun sözlərinə görə, nəticələrə əsasən, Sahil, Şıx, Hövsan və Türkan çimərliyində çimmək məqsədə uyğun sayılmır: “Çünki bu ərazilərdə külli miqdarda bakteriya aşkarlanıb. Nəticələr barədə aidiyyəti qurumlara məlumatlar veriləcək".