Azərbaycan çempionu vəfat edib

8 İyun 2022 14:45 (UTC+04:00)

"Turan" klubunun sabiq futbolçusu Eldar Bədəlov vəfat edib. "Turan Tovuz"un Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, keçmiş yarımmüdafiəçi 55 yaşında qəfildən dünyasını dəyişib.

Bədəlov 1993/1994 mövsümündə "Turan"la Azərbaycan çempionu olub. Veteran futbolçu daha əvvəl "Neftçi" klubunun akademiyasında da çalışıb.