211 layihə qeydiyyatdan keçib

8 İyun 2022 14:12 (UTC+04:00)

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri üzrə 211 layihə qeydiyyatdan keçib. BŞTİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, onlardan 147-si fərdi, 64-ü isə ümumi təhsil kateqoriyası üzrə müəyyən olunub.

Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.