Funksional diaqnostikanın başlıca xüsusiyyəti xəstənin problemli orqanında həkimin aşkar etdiyi patologiyanın müəyyən edilməsi, orqan və toxumaların potensialını düzgün qiymətləndirilməsidir. SİA xəbər verir ki, bu, tibbin elə sahəsidir ki, xəstəlik gec aşkar olunduqda və ya düzgün diaqnoz qoyulmadıqda, ölüm hadisəsi ilə nəticələnir. Həkim-funksionalistin əsas vəzifəsi – xəstəliyin erkən diaqnostikası və onun tam aradan qaldırılmasıdır.
30 ilə yaxın bu sahədə çalışan funksional diaqnostika həkimi - Dr. NİGAR RƏHMƏTOVANIN iştirakı ilə Mərkəzi Gömrük Hospitalında elektrokardioqramma, fasiləsiz EKQ holter monitorinqi, fasiləsiz arterial təzyiq holter monitorinqi, doppler rəngli exokardioqrafiya (EXO, 4DEXO), transezofaqeal exokardioqrafiya (TEE), kardiovaskulyar stress test - treadmill, tilt table testı, stress exokardioqrafiya prosedurları həyata keçirilir.
Dr.Nigar Rəhmətova 1991-ci ildə Azərbycan Tibb Universitetinin Müalicə profilaktika 2 fakültəsini bitirdikdən sonra 1992-ci ildə 3-saylı Klinik Xəstəxanada terapiya üzrə internatura keçmişdir. Əmək fəaliyyətinə 1992-2009-cu illərdə dövlət tibb müəssisəsində Müalicə-profilaktika şöbəsinin müdiri kimi başlayan Dr.Nigar Rəhmətova 2007-2009-cu illərdə özəl tibb müəssisəsində funksionalist-kardioloq kimi çalışmışdır.
Dr.Nigar Rəhmətova daim öz üzərində işləyən, bilik və bacarıqlarını artıran yüksəkixtisaslı mütəxəssisdir. O, 2001-ci ildə Kliniki kardiologiyada funksional diaqnostika üzrə ümümi təkmilləşmə, 2004-cü ildə Kliniki elektrokardioqrafiya kursu üzrə tematik təkmilləşmə, 2007-ci ildə Respublika Müalicəvi Diaqnostika Mərkəzində ürək-damar sisteminin tədqiqatlari üzrə I funksional diaqnostika şöbəsində işci yerində “Exokardioqrafiya” metodu ilə praktiki və nəzəriyyə kursu keçmişdir.
Dr.Nigar Rəhmətova 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında funksionalist-kardioloq işləyir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/nigar-rehmetova. Dr. Nigar Rəhmətovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.