Hakim olmaq istəyənlər üçün imtahan keçirilir

8 İyun 2022 10:43 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən Hakimlərin Seçki Komitəsi ilə birgə hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilir. DİM-dən SİA-ya bildirilib ki, imtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında təşkil olunur.

Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunacaq.