Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev ATV-nin Səhər proqramına ilan sancması zamanı ilk yardım mövzusunda müsahibə verib. Süjeti Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirik. https://youtu.be/lEIPtFQhLO4 İlan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına aparıb çıxarır. İlanla qarşılaşarkən qəfil hərəkətlər etmək olmaz. Yay aylarında ilan və həşəratlar özləri üçün sərin yerlər seçdiklərinə görə kölgəlik və evlərin zirzəmilərində ehtiyatlı olmaq məsləhət görülür. Zəhərə qarşı zərdablar müəyyən analizlər aparılandan sonra müəyyən edilir.