RİA Novosti-nin təxribat(lar)ı: Bakı daha sərt addımlara gedə bilər! ANALİTİK+AKTUAL

6 İyun 2022 14:38 (UTC+04:00)

Yarıkor separatçının cəhdləri hansı planları üzə çıxardı?

Rusiyanın hakimiyyət dairələrinə yaxın RİA Novosti agentliyinin Azərbaycanın ərazi bütövlüyünə təhdid xarakterli infrormasiya yayması, eləcə də bənzər təxribatçı əməlini bir neçə dəfə (!) təkrar etməsi artıq bütün hədləri aşdı və söz yox ki, buna qarşı adekvat addım da atıldı. Artıq bu agentlik Azərbaycanda bloklanıb və ehtimal var ki, bənzər qərar Sputnik informasiya agentliyinin Azərbaycanda işləyən bürpsuna qarşı da verilsin. Belə ki, həmin agentliyə rəhbərik edən şəxslərdən biri də Rusiyada erməni lobbisinin aparıcı üzvlərindən olan Marqarita Simonyandır. Eyni zamanda, agentlik postsovet ölkələrində fəaliyyət göstərməsi ilə yanaşı, qərəzli, birtərəfli məlumatlar yayır, bununla da azad medianın tələblərini pozur, ixtilaf, qarşıdurma və s. xarakterli informasiyaları ilə ciddi resurs olması iddialarını kölgədə qoyur. Biz bu faktları Sputnik Armeniya-da gedən informasiyalarda ərazi bütövlüyümüzə qarşı edilən təxribatçı məlumatlarla sübuta yetirə bilərik.

Daha bir fakt isə budur ki, hazırda Rusiyada Azərbaycanın bir neçə saytı bloklanıb və belə olan halda ortada aşkar qərəzin, anti-Azərbaycan dairələrin sifarişlərinin mövcudluğuna qətiyyən şübhə etmək olmaz. Lakin mövzudan yayınmayaraq keçək separatçıların “dövlət naziri” adlı yarıkor qulduru Artak Beqlaryanın RİA Novosti-yə verdiyi müsahibəsinə və bir sıra nəticələri hasil edək.

İlk növbədə aşağıdakı nəticələri önə sürək:

• Beqlaryan iddia edir ki, Rusiya sülhməramlıları (RSK) həmişəlik olaraq Azərbaycanın Qarabağ regionunda qalmalıdırlar. Üstəlik, sayları da artırılmalıdır. Ancaq yarıkor separatçı unudur ki, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın bəndlərinə əməl olunmur və Azərbaycan heç vaxt RSK-nın uzunmüddətli qalmasına, yaxud saylarının artırılmasına icazə və yol verməyəcək!

• Separatçı saxtakar RİA Novosti-yə müsahibəsində iddia edib ki, qarabağlı quldur rejim təmsilçiləri Ermənistanın onları “müstəqil respublika” kimi tanınması istiqamətində iş aparırlar. Lakin unudur ki, belə olan halda bu addım da bilavasitə Azərbycanın ərazilərinə təhdid kimi qiymətləndiriləcək və Ermənistanın xəritədən silinməsi prosesi çox qısa zamanda həll ediləcək.

• Separatçılar bununla yanaşı, öz kvazidövlətlərinin dünya birliyi tərəfindən də tanınmasına nail olmağa cəhdlər göstərirlər. Ancaq fakt budur ki, hətta erməniləri ən çox dəstəkləyən tərəfdarları belə bəyan edirlər ki, ilk növbədə separatçıları Ermənistan tanımalıdır və bu baş vermirsə, dünyadan bunu tələb etmək sadəcə axmaqlıqdır!

• Beqlaryan deyib ki, Aİ Qarabağ məsələsində iştirakçı olmamalıdır. Bu zaman ortaya belə bir mənzərə çıxır – birincisi Qarabağ münaqişəsi yoxdur və RSK-nın Qarabağda müvəqqəti yerləşdiyi ərazilərdə ümumiyyətlə hər hansı müzakirədən söhbət belə gedə billməz. Bu ərazilər Azərbaycanın hüquqi, suveren torpaqlarıdır. Yeganə müzakirələr sərhədlərin demarkasiyası və delimitasiyası, həm də nəqliyyat dəhlizlərinin açılmasıdır. Və təbii ki, bütün bunlardan sonra sülh müqaviləsi imzalana bilər. O cümlədən, rəsmi Bakı heç bir tərəflə özünün daxili işlərini müzakirə etmir.

Məqsədləri nədir?

Bütövlükdə məlum olan budur ki, separatçılar necə deyərlər, “pis vəziyyətdə yaxşı mina yerləşdirməyə” çalışırlar. Onlar yalnız RSK-ya ümid edərək həyasız, öz təbirlərincə “cürətli” bəyanatlar verirlər. Amma fakt budur ki, onların “cürətli” bəyanatlarından sonra Bakı dərhal hərəkətə keçir və mövqe dəqiqləşdirmələrini həyata keçirir. Təbii ki, belə davam edəcəyi halda quldurları yeni sürprizlər gözləyir. Bu arada vaxt da daralır...

Yarıkor Beqlaryan və RİA Novosti unudub ki...

▪ Təkcə Azərbaycanda yaşayan rusların sayı Ermənistada yaşayan milli azlıqlardan 2 dəfə (!) çoxdur. Və məhz həmin ruslar Azərbaycanda yaşayan digər millətlərlə çiyin-çiyinə 2020-ci ilin payzında erməni silahlılarını Ağdərə-Vardenis yolu vasitəsi ilə aradan çıxmaları prosesinə məcbur edirdilər.

▪ Erməni separatçıları və İrəvan üçtərəfli bəyanatın 4-cü bəndindən imtina edirlərsə unutmamalıdırlar ki, bu imtina nəticədə onların sağlamlıqlarına ciddi, hətta təhlükəli zərər vura bilər!

▪ Beqlaryan Azərbaycan hərbçilərinin RSK-nın əhatəsindən mövqelər tutduğunu iddia edər ilk növbədə RSK-nı axmaq yerinə qoyduğunu unudur. Ümumilikdə isə Azərbaycan Silahlı Qüvvələri öz ərazilərində istədikləri kimi hərəkət edə bilərlər və heç bir xarici qüvvə buna mane ola bilməz. Üstəlik, Beqlaryan onu da unudub ki, RSK-nın mandatı yoxdur, Bakı onlara göstərdiyi müəyyən jestləri ilə kifayətlənib.

Bir Zatulin çatmırdı...

Lakin Rusiyada anlayırlar ki, Azərbaycan Ermənistan deyil. RİA Novostinin bu kimi təxribatçılıqlara yol verməsinin cavabı olmalıydı və oldu da. Yaxşı olardı ki, Azərbaycan RİA Novosti-ni bloklayana qədər Rusiyadakı dairələr nəyə görə Azərbaycanın dörd xəbər resursunu “anti-Rusiya cəhdləri” adı altına və sübutsuz şəkildə blokladığını açıqlasın. Və ya daha bir təxribatçı əməlinə aydınlıq gətirsin – məsələn, ermənipərəst deputat Zatulinin Ermənistanda separatçı rejim rəhbərliyi, habelə Sarqsyan-Koçaryan cütlüyü ilə görüşünü açıqlasın!

Fakt budur ki, Rusiya hətta Azərbaycanla müttəiqlik bəyannaməsini imzaladıqdan sonra Qarabağ məsələsindəki ənənəvi (30 illik) mövqeyində qalır. Maraqlıdır, Bakı daha nə etməliydi ki, ərazilərinə olan təxribatların qarşısı alınsın?

Bu barədə növbəti məqaləmizdə daha geniş şərhlər verəcəyik.

Rövşən RƏSULOV