İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2500 xidmət daxildir

6 İyun 2022 12:55 (UTC+04:00)

Hazırda icbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2500 xidmət daxildir. Yeni xidmətlər zərfində isə tibbi xidmətlərin sayı 3200-ə çatdırılır. SİA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Z.Əliyev bildirib ki, əhalinin müraciətləri əsasında 1000-dən çox xidmətə yenidən baxılıb.