Azərbaycanın dövlət himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunan konsert proqramı 06 iyun 2022-ci il bazar ertəsi Türkiyə vaxtı ilə saat 20.00-da "TRT Avaz" ekranlarında canlı yayımlanacaq. Konsert proqramı Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyi, Türksoy və "TRT Avaz" telekanalının birgə əməkdaşlığı ilə keçiriləcək. Bir-birindən gözəl musiqi parçaları Prezident Simfonik Orkestrinin ifasında Azər Zeynalov, Nigar Celilova, Orxan Celilov və Heyyam Məmmədovun ifasında olacaq.
"İncilər tök, gəl yoluna" konserti 6 iyun bazar ertəsi Türkiyə vaxtı ilə saat 20.00-da TRT Avazda!
Repertuar:
1-ci hissə
1. Dövlət Himni (orkestr+xor)
2. F.Əmirov - “Azərbaycan kapriçosu” (orkestr)
3. V.Adıgüzel - “Azərbaycan” (solist: Orxan Cəlilov, orkestr)
4. V.Gərayzadə - “Al bayrağa” (solist: Azər Zeynalov, orkestr+xor)
5. V.Adıgüzel - “Ana” (solist: Nigar Cəlilova, orkestr)
6. A.Səmədzadə - “Qurban olum” (solistlər: Nigar Cəlilova, Orxan Cəlilov, orkestr+xor)
7. C.Quliyev - “Azərbaycan-Türkiyə ordusu yürüşü” | “Turan marşı” (solist: Azər Zeynalov, 2 zurna, orkestr+xor)
8. Niyazi - “Türk marşı” (orkestr).
Fasilə
2-ci hissə
9. Üz.Hacıbəyli - “Koroğlu” operasından “Çənlibel” xoru (orkestr+xor)
10. H.Hanməmmədov - Skripka üçün Konsert (2-ci hissə) (solist: H.Məmmədov, orkestr)
11. Ə.Əzimov - “Azərbaycan bayrağına” (solist: Azər Zeynalov, orkestr+xor)
12. A.Səmədzadə - “Bismillah” (solist: Orxan Celilov, orkestr+xor)
13. A.Səmədzadə - “Türk ordusuna” (solist: Nigar Cəlilova, orkestr+xor)
14. E.Sabitoğlu - “Şükriyyəm” (solist: Azər Zeynalov, orkestr)
15. A.Əlizadə - “Azərilər” kantatasından “Od diyarının səsi” (orkestr+xor)
16. Üz.Hacıbəyli - “Çırpınırdın, Qara dəniz!” (solist: Azər Zeynalov, orkestr+xor)