I ixtisas qrupu üzrə imtahanın nəticələri yaxın 2 həftə ərzində elan olunacaq - DİM

4 İyun 2022 17:40 (UTC+04:00)

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I ixtisas qrupu üzrə bu gün keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İmtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib.

Bildirilib ki, imtahan nəticələri yaxın 2 həftə ərzində elan olunacaq.