Dino Merlin Türkiyədə konsert verib

3 İyun 2022 22:06 (UTC+04:00)

Bosniya və Herseqovinalı müğənni Dino Merlin Türkiyədə konsert verib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Bosniya və Herseqovinalı müğənni Dino Merlin Türkiyədə konsert verib. Mədəniyyət Yolu Festivalı çərçivəsində paytaxt Ankarada Prezident Simfonik Orkestrinin Ada Ankara zalında təşkil edilən konsertdə Dino Merlin musiqisevərlər üçün sevilən mahnılarını səsləndirib. Konsertin sonunda tamaşaçılar sənətçini uzun müddət alqışlayıb.