Xaricdə yaşayan Türklər və Əqrəbə İcmaları İdarəsi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığındakı tədbir Türk-İslam Diyanət İşləri Birliyinin Duisburqdakı Mərkəzi Məscidində təşkil olunub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
İki seansda təqdim olunan pulsuz teatr tamaşasında uşaqlar Rafadan Tayfanın sevilən qəhrəmanlarını maraqla izləyib, mahnılara müşayiət ediblər.
Tamaşada iştirak edən uşaqlara müxtəlif hədiyyələr verilib.
“Rafadan Tayfa”nın qəhrəmanları Avropa turniri çərçivəsində iyunun 4-də Norveçin Drammen, 5-də İsveçin Stokholm, 6-da İsveçin Malmö, 7-də Danimarkanın Kopenhagen, 8-də Danimarkanın Frederisiya şəhərində çıxış edəcək.