Dünyanın ən böyük sualtı bitkisi Avstraliyada tapılıb

2 İyun 2022 01:54 (UTC+04:00)

Alimlər genetik testlərdən istifadə edərək Qərbi Avstraliyadakı böyük bir sualtı çəmənliyin əslində tək bir bitki olduğunu müəyyən etdilər.

SİA-nın əldə etdiyi məlumata görə, Qərbi Avstraliya Universitetinin tədqiqatçıları, ən azı 4500 il ərzində tək bir toxumdan yayıldığı güman edilən yosunların 200 kvadrat kilometr, yəni 20 min futbol meydançası böyüklüyündə bir ərazini əhatə etdiyini açıqlayıblar.