Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, hələlik meymunçiçəyinin Afrikadan kənarda intensiv yayılaraq pandemiyaya çevriləcəyinə görə narahatlığa əsas yoxdur.
SİA xəbər verir ki, qurumun meymunçiçəyi üzrə baş eksperti Rozamund Levis deyib: “Hələlik pandemiyaya görə narahat olmağa dəyməz. Bu xəstəliyin qarşısını geniş yayılmadan almaq mümkündür”.
ÜST bildirib ki, mayın 7-də Britaniyada ilk dəfə üzə çıxdıqdan sonra dünya üzrə 400-dək yoluxma faktı qeydə alınıb. Bu rəqəm narahatverici olsa da, narahatlığa əsas yoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının mayın 30-u tarixindəki açıqlamasında bildirilir ki, mayın 26-na olan məlumata görə, 23 ölkədən bildirilən meymunçiçəyi hadisələrindən 257-si təsdiqlənib, 120 şübhəli hadisə araşdırılıb.
Afrikada aşkar edilən və vaxtaşırı qitədən çıxan meymunçiçəyi virusu sonuncu dəfə mayın 6-da İngiltərədə görülüb və sonrakı günlərdə Avropa ölkələrinə yayılıb.