Pulu olmayan vətəndaşlar icbari tibbi sığorta çərçivəsində müalicə olunsun - MİLLƏT VƏKİLİ BİLDİRDİ

31 May 2022 13:30 (UTC+04:00)

"Azərbaycanda dərman sənayesi ilə bağlı problemlər var. Azərbaycan və Türkiyəyə bir millət, iki dövlət deyilir. Bəlkə dərman sənayemizi də birləşdirək? Bir millət, bir dərman, İki dövlət olaq". SİA -nın məlumatına görə, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində deyib.

O, həmçinin təklif edib ki, onkoloji xəstələr icbari tibbi sığorta ilə əhatə olunsun: "Heç olmasa pulu olmayan vətəndaşlar icbari tibbi sığorta çərçivəsində müalicə oluna bilsin. Əhalimiz burada zülm çəkir. Hamının Türkiyədə, Almaniyada müalicə almağa pulu yoxdur".

Kəmalə Nəsibova