"İcbari sığorta ilə bağlı xidmətlər zərfi artırılır" - Əhliman Əmiraslanov

31 May 2022 13:26 (UTC+04:00)

“İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi ilbəil artırılır. Bununla bağlı geniş işlər görülməlidir”. SİA-nın verdiyi xəbərə görə, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hökmən onkoloji xəstəliklər də icbari tibbi sığorta ilə əhatə olunmalıdır: “Ümumən hesab edirəm ki, bütün xəstəliklər bu zərfə daxil edilməlidir”.

Kəmalə Nəsibova