Erməni siyasi analitiki isterika və təlaşla nədən yazır?
“Qitənin siyasi mənzərəsinin yenidən Ermənistanın və erməniçiliyin xeyrinə olmayan tərzdə formalaşdırılmasının getdiyi bir vaxtda bizim hakimiyyət müxalifəti təqib etməklə məşğuldur”. SİA xəbər verir ki, bunu “Armenianreport”un siyasi analitiki Razmik Akopcanyan “Dünya siyasətinin arxa məhəllələrində” sərlövhəli şərhində qeyd edib.

Təbii ki, əsas hədəfi Türkiyəyə və Azərbaycana tərəf yönəldən erməni müəllif son nəticədə bütün dünyaya səs salan və mühüm mesajlar verən “TEKNOFEST-Azərbaycan” reallığında dayanıb. Yəni aşkar erməni təlaşı və isterikası bu məqalədə kifayət qədər görünməkdədir. Beləliklə...
Türkiyə-İsrail münasibətlərinin normallaşması
Beləliklə, Akopcanyan yazır ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın zamanlarda ölkənin İsraillə münasibətlərinin normallaşacağına inandığını deyib. Ərdoğanın “Yeni Şafak” nəşri tərəfindən gətirilən “Biz Türkiyə ilə İsrail arasındakı pozitiv addımları daha da artıracağıq” sitatına diqqət çəkən müəllif Türkiyə liderinin digər bəyanatını da xatırladıb və yazıb ki, Ərdoğanın sözlərinə görə, Türkiyə ilə İsrail Şərqi Aralıq dənizi vasitəsi ilə Türkiyə üzərindən Avropaya qazın nəqli məsələsi ətrafında danışıqlara başlayacaq. Ərodğan deyib: “Bizim enerji və təbii sərvətlər naziri əsasən təbii qazla bağlı qəraraların qəbul edlməsi ətrafında israilli rəsmi şəxslərlə danışıqlar aparacaq”, deyə “Armenianreport”un siyasi analitiki yenidən “Yeni Şafak” nəşrinə müraciət edib və yazıb: “Onun sözlərinə görə, İsrail tərəfi hazır olduğunu bəyan edib, Türkiyə isə müvafiq çərçivədə işlərini davam etdirəcək. Və bunun özü də Yerusəlimlə (Qüdslə-R.R.) Ankaranın yaxınlaşma mövqeyini sübut edir. Bütün bunlarla kifayətlənəcəkmi? Mümkündür ki, yox.

Axı britaniyalı baş nazir Boris Conson ukraynalı prezident Vladimir Zelenskiyə Rusiyaya qarşı hərbi ittifaq qurmağı təklif edib. Britaniyalı siyasətçi bəyan edib ki, yeni siyasi, iqtisadi və hərbi alyanslar qurmaq lazımdır. Bu, Avropa İttifaqına, alternativ olmalı, həmçinin Brüsselin və Almaniyanın Rusiyanın fəaliyyətinə reaksiyasından narazı olanların alyansı olmalıdır.

Baş nazirin düşüncəsinə görə, təşkilata Ukraynadan başqa Böyük Britaniya, Polşa, Estoniya, Latviya, Litva və daha gec mərhələdə Türkiyə və İsrail üzv olacaqlar. Bax belə, bizim gözümüzün önündə dünyanın geosiyasi xəritəsi yenidən formalaşdırılır. Yeni ittifaqlar, tandemlər, bloklar yaradılır. Bəs biz nə edirik?”
Ermənilərin “TEKNOFEST-Azərbaycan” isterikası!

Nəticədə mövzunu “TEKNOFEST-Azərbaycan” üzərinə gətirən erməni analitiki iddia edir ki, Ermənistan rəhbərliyi və müxalifəti daxili siyasi qarşıdurmalarla məşğuldur. 
Ermənistanda baş verən proseslərə nəzər salan erməni müəllif müxalifətin aksiyalarına toxunub və bildirib ki, hakimiyyət bütün bunlara şəxsi anlayışı reallığından yanaşır, ancaq bununla yanaşı diplomatik arenada ard-arda məğlubiyyətlərə uğrayır: “Bizim ölkənin rəhbərliyi Ermənistana və “artsaxa” olan dəqiq təhlükələrə adekvatsız reaksiya göstərir. Məsələn, Bakıda bir neçə gün ard-arda “TEKNOFEST” festivalı keçirildi və orada açıq-aşkar təyyarələr, helikopterlər, zirehli texnikalar, PUA-lar, o cümlədən, Bayraktar AKINCI və Bayraktar TB2 nümayilş etdirildi. Festivalda Türkiyənin DİN-nin, Təhsil Nazirliyinin, Nəqliyyat və İnfrastruktur Nazirliyinin, Sənaye Nazirliyinin, ASELSAN, Baykar, HAVELSAN, ROKETSAN, STİM, TEI, “Turkish Aerospace Industries” və Kosmik Agentliyinin stendləri quraşdırılmışdı. Bundan əlavə, Türkiyənin STM şirkəri Bakıda taktiki PUA-lar və Hərbi Dəniz Qüvvələri üçün dəniz platformalarını prezentasiya etdi. O cümlədən, məlum oldu ki, Türkiyə və Azərbaycan birgə texnopark yaradacaqlar”.

Selcuk Bayraktarın Şuşadakı bəyanatından doğan erməni qorxusu!
Erməni müəllifini ən çox narahat edən, hətta isterikaya salan həyasızlıq Baykar şirkətinin rəhbəri Selcuk Bayraktarın Şuşaya səfəri oldu.

Kontekstdən az da olsa çıxaraq bu məqamda erməniçiliyin, daha dəqiq desək, erməni xəstəliyinin region üçün nə qədər təhlükə mənbəyi olması faktına toxunmaq istərdim. Həyasızlığın dərəcəsinə baxın ki, Akopcanyan tarixi və qədim Azərbaycan şəhəri Şuşanı hələ də “şuşi” adlandırması qalsın bir yana, onu “Azərbaycan tərəfindən işğal olunmuş” kimi təqdim edir. Yəqin ki, bu xəstəliyin yeganə və bu dəfə birdəfəlik sağalma resepti Azərbaycan tərəfindən hazırlanır, çünki belə bir murdar xəstəlik başqa heç bir millətdə mövcud deyil!
Beləliklə, Selcuk Bayraktarın Şuşaya səfərindən özünə yer tapa bilməyən Akopcanyan onun “Qoy dünya türkün gücünü görsün və yerini bilsin” bəyanatından da bərk qorxuya düşüb. Nəticədə sərsəmliyinə görə bənzəri olmayan varlıqların nümayəndəsi isterik şəkildə dünyanın həmin bəyanata etinasız yanaşmasını da xatırladır, yəni heç bir reaksiyanın verilməməsindən qeyzə gəlir. Və əlbəttə ki, arxasında gizləndikləri Rusiyanı xatırlayır: “Xüsusilə Rusiyanın susqunluğu diqqət çəkdi. Orada sevinirlər ki, Türkiyə Finlandiya ilə İsveçin NATO-ya üzv olmasına qarşı blok qoyur və belə “xırdalıqlara” göz yumur””.
Əgər hər şey yolunda getməzsə Azərbaycan bir daha hərbi gücünü göstərəcək!
Bu da son deyil. Erməni müəllifi mövzunu KTMT-yə də gətirməyi unutmur. O, həmin alyansın lazımsızlığı barədə yazır və Azərbaycanla Türkiyənin silah gücündən nə qədər qorxduqlarını gizlətmir. Misal üçün, iddia edir ki, əgər hər şey yolunda getməzsə Azərbaycan bir daha hərbi gücünü göstərəcək və bu haqda Azərbaycan KİV-ləri yazırlar. Görünür, bu məsələdə Akopcanyan proqnozunda yanılmayıb...

Nəticə isə belədir – erməni analitiki nəinki KTMT-nin, habelə ABŞ və Fransanın da ATƏT-in Misnk qrupunun həmsədrləri olaraq susqun qaldıqlarından təlaş keçirir. Və məqaləsini bu tonda başa çatdırır: “Bu müddətdə iki müttəfiq, Bakının iki müttəfiqi Türkiyə və İsrail münasibətlərini normallaşdırırlar. Ancaq bütün bunlara bizim hakimiyyət sərt şəkildə reaksiya verməliydi. Ancaq o, gücünü müxalifətlə mübarizəyə yönəldib. Bizim böyük siyasətin arxa məhəllələrində ilişib-qalmağımızdan təəccüb etməyə dəyərmi?”
Rövşən RƏSULOV