Stüardessa təyyarənin göyərtəsində əl tutaraq abonentləri təəccübləndirib. Şəkil @cabincrewonline hesabında yerləşdirilib.
SİA bu barədə rus saytlarına istinad edir.
Profildə stüardessaların həyatından fotolar dərc olunub. Fotoda stüardessa akrobatik fənd edərək - əlləri üstə dayanıb. Bir ayağını dizində əyərək, digərini baqaj rəfinə söykəyib.
Qız ağ köynək, qırmızı mini yubka və qara hündürdaban ayaqqabıdan ibarət korporativ forma geyinib.
Abunəçilər qızın ideyasını yüksək qiymətləndirib və postun altına heyranedici şərhlər yazıblar. “Təsirli”, “Möhtəşəm görünürsən”, “Uzun müddətdir belə gözəl ayaqlar görməmişdim”, “Bu, həqiqətən də gözəl fotodur”, “Deyəsən, həmişə səhv hava yollarında uçuram” yazırlar.
Əli Babayev