Kann kino festivalında növbəti qaliblər müəyyənləşib

29 May 2022 00:07 (UTC+04:00)

Kədər üçbucağı" filmi "Qızıl palma budağı" mükafatanı qazanıb

SİA APA-ya istinadən xəbər verir ki,İsveç rejissoru Ruben Estlundanın "Kədər üçbucağı" filmi "Qızıl palma budağı" mükafatını qazanıb.

Həmçinin iranlı aktrisa Zar Əmir İbrahimi isə "Ən yaxşı qadın rolu" mükafatını qazanıb. O hu nominasiyada qalibiyyəti Əli Abbasinin "Holy Spider" filmindəki roluna görə əldə edib.

"Ən yaxşı kişi rolu"nda qalib isə Sonq Kanq-ho olub. O, bu mükatafa rejissor Hirokazu Kora-edanın “Gözəl ulduzlar” filminə görə qazanıb.

***

23.54

Qızıl kamera mükafatı Rili Keuq və Qina Qammelin çəkdiyi “War Pony” filminə verilib.

Qısametrajlı filmlərdə isə "Qızıl palma" mükafatını çinli rejissor Jianyinq Çenin “The Water Murmurs” filmi qazanıb.