Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm - ƏRDOĞAN

28 May 2022 16:40 (UTC+04:00)

"Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgimi göndərirəm". SİA xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

"Əzəli qardaşlığımızı Allah daimi etsin. Diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd edirik. Birlik və bərabərliyimizi daha da gücləndiririk. Diplomatik münasibətlərimiz 30 il əvvəl başlasa da, ortaq taleyimizin tarixi qədimdir", - Türkiyə Prezidenti vurğulayıb.