Pakistan XİN Azərbaycanı təbrik edib

28 May 2022 14:48 (UTC+04:00)

Pakistanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə XİN-in tviterdəki səhifəsində paylaşım edilib.

“Milli Günü münasibətilə Azərbaycan Respublikası və onun xalqını səmimi qəlbdən təbrik edirik”, - paylaşımda deyilir.