Prezident AXC-nin şərəfinə ucaldılmış abidəni ziyarət edib - FOTOLAR

28 May 2022 14:22 (UTC+04:00)

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Müstəqillik Günü münasibətilə ziyarət edib. SİA xəbər verir ki, dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub.