Vətən müharibəsi qazisi Qran-pridə qızıl medal qazanıb

28 May 2022 13:10 (UTC+04:00)

Azərbaycan para-atleti Rasim Yaxin İsveçrənin Nottvil şəhərində keçirilən Qran-pridə qızıl medal qazanıb. Milli Paralimpiya Komitəsindən SİA-ya verilən məlumata görə, nüvə itələmə növündə (F46) 11.71 metr nəticə göstərən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Rasim Yaxin 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub.