"Qoy müstəqilliyimiz əbədi olsun!" - MEHRİBAN ƏLİYEVA

28 May 2022 11:53 (UTC+04:00)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 28 May - Müstəqillik Günü münasibətilə paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: "Bütün Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!".