Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib

28 May 2022 10:29 (UTC+04:00)

Türkiyənin Bakıdakı səfirliyi 28 May - Müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib. SİA xəbər verir ki, bu barədə səfirliyin tivter səhifəsində paylaşım edilib.

“Can Azərbaycanın Müstəqillik Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, dövlət müstəqilliyi və suverenliyinin əbədi olmasını arzu edirik”, - məlumatda bildirilib.